30 sentyabr 2026. Çərşənbə

Kriştiano Ronaldo karyerasında 937-ci qolunu vurdu


Kriştiano Ronaldo karyerasında 937-ci qolunu vurdu

UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün yarımfinal mərhələsində Almaniya yığmasına qarşı keçirilən oyunda Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo daha bir əlamətdar göstəriciyə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, "Əl-Nəsr" klubunun 40 yaşlı futbolçusu görüşün 68-ci dəqiqəsində fərqlənərək komandasına üstünlük qazandırıb. Bu qol Ronaldo üçün peşəkar karyerasında vurduğu 937-ci qol olub. Onun hesabında klub səviyyəsində 800, milli komanda ilə isə 137 qol var.

Qeyd edək ki, Kriştiano Ronaldo milli komandalar səviyyəsində ən çox qol vuran futbolçu ünvanını qoruyur.

Ötən mövsüm hücumçu "Əl-Nasr"ın heyətində bütün turnirlərdə 41 matçda iştirak edib, 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

 







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol