30 sentyabr 2026. Çərşənbə

“İspaniya hazırda həm Avropanın, həm də dünyanın ən güclü komandasıdır”


“İspaniya hazırda həm Avropanın, həm də dünyanın ən güclü komandasıdır”

Fransa yığmasının baş məşqçisi Didier Deşam UEFA Millətlər Liqasının yarımfinalında İspaniya yığması ilə qarşılaşma ərəfəsində fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, fransalı mütəxəssisin sözlərinə görə, hazırda İspaniya komandası həm Avropanın, həm də dünyanın ən güclü kollektividir. 

“İspaniya hazırda şübhəsiz ki, Avropanın və dünyanın ən yaxşı komandasıdır, bu yalnız onların son Avropa çempionatını qazanmaları ilə bağlı deyil. Onların yeni baş məşqçisi və müxtəlif keyfiyyətlərə malik yeni oyunçuları var. Ənənəvi olaraq topa nəzarətdə güclü olublar, amma indi hücumda da yeni güclü cəhətləri ortaya çıxıb. Xüsusilə Lamin Yamala və Niko Uilyams kimi sürətli oyunçulara sahibdirlər,” – Deşamın sözlərini UEFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, İspaniya 2024-cü ilin Avropa çempionudur və bu turnirin yarımfinalında Fransanı məğlub edib.Yarımfinal görüşü bu gün Almaniyanın Ştutqart Arenasında keçiriləcək və  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol