30 sentyabr 2026. Çərşənbə

“Bu komanda final oynamağa öyrəşib”


“Bu komanda final oynamağa öyrəşib”

İspaniya millisinin yarımmüdafiəçisi Pedri 2024/2025-ci il mövsümünün Millətlər Liqasının yarımfinalında Fransa millisi ilə oyunun (5:4) nəticələri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"Ən önəmlisi odur ki, qalib gəldik və növbəti mərhələyə, yəni finala yüksəldik. Təbii ki, bu qədər qol buraxandan sonra bu baxımdan da yaxşılaşmaq lazımdır. Və sonda belə çətinliklərdən qaçaraq oyunu daha məharətlə qələbəyə çatdıraq. Amma əsas odur ki, bizi yenə final gözləyir. Bu komanda son vaxtlar həmişə finala yüksəlib"

İspaniya millisinin yarımmüdafiəçisi Pedri Fransa millisi ilə Millətlər Liqasının yarımfinal oyununda (5:4) qol vuraraq, 55-ci dəqiqədə komandasının dördüncü qolunu vurub. İkinci hissənin ortalarında ispanlar 5:1 hesabı ilə öndə olsalar da, əlavə vaxtda “Üçrənglilər” fərqi minimuma endirə bilib.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol