30 sentyabr 2026. Çərşənbə

“Ronaldo hər kəs üçün nümunədir”


“Ronaldo hər kəs üçün nümunədir”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martinez UEFA Millətlər Liqasının İspaniya ilə final oyunu öncəsi hücumçu Kriştiano Ronaldonun komandadakı rolunu dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib:

“Bu, Kriştianonun milli komanda ilə dördüncü finalıdır. O, inanılmaz oyunçudur, hər kəs üçün nümunədir. Onun aclığını bəyənirəm. Hər şeyi qazanıb, amma ertəsi gün yenidən sıfırdan başlayır. Rodriqo Mora, Kenda, Joao Neves üçün Ronaldo ilə işləmək və onunla soyunub-geyinmə otağını bölüşmək əsl fürsətdir.”

Yarımfinalda Portuqaliya Almaniyanı Kriştiano Ronaldonun qələbə qolu ilə məğlub edib. İspaniya da öz növbəsində Fransadan güclü idi. Qarşılaşma 5:4 hesabı ilə başa çatıb.

Qarşılaşma Almaniyanın “Arena Münhen” stadionunda baş tutacaq. Oyun 8 iyuna planlaşdırılıb.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol