30 sentyabr 2026. Çərşənbə

“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”


“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının yarımfinalında İspaniyaya 4:5 hesabı ilə uduzduqları oyundan sonra komandanın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu oyundan sonra jurnalistlərə açıqlamasında bu sözləri deyib:

“Yarımfinalda beş qol buraxırsansa, qələbə şansın ciddi şəkildə azalır. Dünya çempionluğuna yalnız böyük inamla çatmaq mümkündür. Hücumda bu inamı qurmağa çalışırıq, amma müdafiədə də çox etibarlı olmalıyıq.

Bu, yeni bir komandadır, bir çox futbolçunun hələ 30 oyun belə təcrübəsi yoxdur. Hər şeyi sıfırdan qurmaq məcburiyyətindəyik. Bu komanda özü üçün ad qazanmalıdır — əvvəlki nəsillərin şöhrəti ilə yaşamaq olmaz. Əsas məsələ də budur. Amma komandadakı bütün futbolçular istedadlıdır və biz çox şeyə nail ola bilərik.”







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol