30 sentyabr 2026. Çərşənbə

“İspaniyanı 21 ildir rəsmi oyunda məğlub etmirik, amma..."


 “İspaniyanı 21 ildir rəsmi oyunda məğlub etmirik, amma..."

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldu 8 iyun tarixində UEFA Millətlər Liqasının finalında İspaniya ilə qarşılaşacaqları oyun öncəsi açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Bütün oyunlar özünəməxsus hekayəyə malikdir. Uzun müddət Almaniyanı da məğlub edə bilmirdik, amma zaman keçir və hər şey dəyişir. Bilirik ki, qarşıdakı oyun çox çətin olacaq, bu, final matçlarının təbiətidir. İspaniya hazırda çox güvənlidir, son 24 rəsmi oyunda uduzmayıb. Lakin bizim də öz güclü tərəflərimiz var. İnanırıq ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”

Qeyd edək ki, Portuqaliya yarımfinalda Almaniyaya qarşı 2:1 hesabı ilə qələbə qazanıb. Həmin görüşdə həlledici qolu məhz Ronaldu vurub.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol