- Millətlər liqası
- 12:10 09.06.2025
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının Almaniya ilə üçüncü yer uğrunda oyunundan əvvəl komanda kapitanı Kilian Mbappenin rolu və mövqeyi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
“Mbappe bu mövqeyə alışıb və burada inanılmaz məhsuldarlıq nümayiş etdirir. Elə bunun nəticəsidir ki, o, ən yaxşı bombardir oldu. Bütün mövsüm ‘doqquz nömrə’ kimi çıxış etdi və ondan çox qol vuran olmadı. O, azaddır: geri çəkilməyi, mövqe dəyişməyi və boşluq axtarmağı sevir. Düşünürəm ki, bu, həm onun, həm də komandanın xeyrinə ən uyğun mövqedir”
Qarşılaşma 8 iyun tarixində baş tutacaq.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında Madrid “Real”ına transfer olunub. 26 yaşlı hücumçu ilk klub mövsümündə 57 oyuna 44 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa millisində isə o, “qol+pas” statistikası üzrə ən çox hücum töhfəsi verən futbolçu olub.