2 oktyabr 2026. Cümə

Mbappe Fransa millisində 50-ci qolunu vurub


Mbappe Fransa millisində 50-ci qolunu vurub

Madrid "Real"ının hücumçusu Kilyan Mbappe Fransa millisindəki çıxışında əlamətdar bir nailiyyətə imza atıb.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu Almaniyaya qarşı keçirilən Millətlər Liqasının üçüncü yer uğrunda oyununda komandasının yeganə qolunu vuraraq yığma karyerasında 50-ci qolunu rəsmiləşdirib.

Stuttqart şəhərində baş tutan qarşılaşmanın 45-ci dəqiqəsində Mbappe cərimə meydançasında topu qəbul edərək qapıya yaxın, sol cinahdan rəqib müdafiəçini aldadıb və topu uzaq küncə göndərib. Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen topa toxunsa da, qolu əngəlləyə bilməyib.

Birinci hissənin sonunda Fransa millisi Almaniyaya qarşı 1:0 hesabı ilə önə keçib.

Qeyd edək ki, bu gün Bakı  vaxtı ilə saat 23:00-da Münhendə Millətlər Liqasının final oyunu keçiriləcək. Həlledici qarşılaşmada İspaniya və Portuqaliya yığmaları üz-üzə gələcək.







Millətlər liqası

 “Çexiya bizi təəccübləndirməyəcək”
  • Millətlər liqası
  • 23:24 02.10.2026
“Çexiya bizi təəccübləndirməyəcək”
“Rəqabətin tərəfdarıyam”
  • Millətlər liqası
  • 22:12 02.10.2026
“Rəqabətin tərəfdarıyam”
"Konsa Xorvatiya ilə oyuna hazırdır"
  • Millətlər liqası
  • 22:06 02.10.2026
"Konsa Xorvatiya ilə oyuna hazırdır"
Uels Norveç üzərində əzmkar qələbə qazandı
  • Millətlər liqası
  • 01:14 02.10.2026
Uels Norveç üzərində əzmkar qələbə qazandı
Kosovo İsraillə səfər oyunundan xalla ayrıldı
  • Millətlər liqası
  • 01:09 02.10.2026
Kosovo İsraillə səfər oyunundan xalla ayrıldı