2 oktyabr 2026. Cümə

Fransa Almaniyanı məğlub edərək Millətlər Liqasında üçüncü oldu


Fransa Almaniyanı məğlub edərək Millətlər Liqasında üçüncü oldu

UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün üçüncü yer uğrunda oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada Almaniya və Fransa milli komandaları üz-üzə gəlib. Görüş Almaniyanın Ştutqart şəhərindəki “Ştutqart Arena” stadionunda keçirilib. Oyunun baş hakimi slovakiyalı İvan Krujlyak olub.

Fransa millisi rəqibinə 2:0 hesabı ilə qalib gələrək turnirin bürünc mükafatçısı olub. Hesab ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə açılıb – Kilian Mbappe Aurelyen Tçuameninin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq komandasını önə keçirib.

53-cü dəqiqədə alman hücumçu Deniz Undav hesabı bərabərləşdirsə də, VAR-a baxıldıqdan sonra epizodda qayda pozuntusu qeydə alınıb və qol ləğv olunub. 84-cü dəqiqədə isə Kilian Mbappenin ötürməsini dəqiq tamamlayan Maykl Olise fransızların üstünlüyünü iki topa yüksəldib.

Qeyd edək ki, yarımfinal mərhələsində Almaniya Portuqaliyaya 1:2, Fransa isə İspaniyaya 4:5 hesabı ilə məğlub olmuşdu. Fransa millisi daha əvvəl – 2021-ci ildə Millətlər Liqasının qalibi olmuşdu.

Xatırladaq ki, Almaniya və Fransa sonuncu dəfə 2024-cü ildə keçirilən yoldaşlıq görüşündə qarşılaşmışdılar. Həmin matçda Bundestim 2:0 hesabı ilə qalib gəlmişdi.







Millətlər liqası

 “Çexiya bizi təəccübləndirməyəcək”
  • Millətlər liqası
  • 23:24 02.10.2026
“Çexiya bizi təəccübləndirməyəcək”
“Rəqabətin tərəfdarıyam”
  • Millətlər liqası
  • 22:12 02.10.2026
“Rəqabətin tərəfdarıyam”
"Konsa Xorvatiya ilə oyuna hazırdır"
  • Millətlər liqası
  • 22:06 02.10.2026
"Konsa Xorvatiya ilə oyuna hazırdır"
Uels Norveç üzərində əzmkar qələbə qazandı
  • Millətlər liqası
  • 01:14 02.10.2026
Uels Norveç üzərində əzmkar qələbə qazandı