18 iyun 2025. Çərşənbə

Ronaldo Millətlər Liqasının finalında tarix yazdı


Ronaldo Millətlər Liqasının finalında tarix yazdı

Portuqaliya millisinin əfsanəvi hücumçusu Kriştianu Ronaldo UEFA Millətlər Liqasının tarixinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçu, turnirin finalında iştirak edən ən yaşlı futbolçu olub.

2024/2025 mövsümünün finalında İspaniyaya qarşı keçirilən oyunda 40 yaş və 203 günlük yaşında meydana çıxan Ronaldo həm də qolla yadda qalıb.

Hazırda davam edən qarşılaşmada hesab 2:2-dir. Ronaldo matçın gedişində İspaniya millisinin qapısından yol taparaq, bu yaşda həlledici qarşılaşmada qol vuran nadir oyunçulardan birinə çevrilib.

Bununla da o, əvvəlki rekordu geridə qoyub. Əvvəlki göstəricilər xorvatiyalı Luka Modriçə (37 yaş 282 gün, 2023-cü ildə İspaniyaya qarşı) və ispaniyalı Xesus Navasa (37 yaş 209 gün, həmin oyunda) məxsus idi.

Qeyd edək ki, Portuqaliya millisi yarımfinalda Almaniyanı 2:1 hesabı ilə məğlub edib və qələbə qolunu da məhz Ronaldo vurub.

 







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”