14 iyun 2025. Şənbə

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"


"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"

Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo İspaniya yığmasının baş məşqçisi Luis de la Fuentenin UEFA Millətlər Liqasının finalında 17 yaşlı Lamin Yamalı əvəz etməsinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" nəşri futbolçunun dediklərini belə çatdırıb.

“Luis de la Fuente — fenomenal bir mütəxəssisdir. O, məndən daha yaxşı bilir, mən məşqçi deyiləm. Komandası üçün nə lazım olduğunu o daha yaxşı anlayır. İspaniya ilə artıq bir neçə turnir qazanıb. Daha nə istəyirsiniz? Əgər belə bir qərar veribsə, deməli, bu, komandanın xeyrinə olub”.

Gərgin keçən qarşılaşma əsas və əlavə vaxtda 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə İtaliya İspaniyanı 5:3 hesabı ilə məğlub edib. Yamal 106-cı dəqiqədə əvəz olunub və bu qərar bəzi azarkeşlər və ekspertlər tərəfindən tənqid edilib.

Qeyd edək ki, bu, İspaniyanın Millətlər Liqası tarixində ikinci final məğlubiyyətidir. Portuqaliya isə turnirdə ikinci dəfə qalib olub — ilk çempionluğunu 2019-cu ildə əldə etmişdi.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”