23 noyabr 2026. Bazar ertəsi

"Futbolçulara vaxt vermək lazımdır"


"Futbolçulara vaxt vermək lazımdır"

Türkiyə millisinin baş məşqçisi Mircea Lucescu komandasının məğlubiyyətini futbolçuların yaş həddi ilə əlaqələndirib.

Corner.az goal.az-a istinadən məlumat verir ki, çalışdırıçı heyətin gəncləşdirilməsini vacib olduğunu bildirib: “ Bəxtimiz gətirmədi. Birinci hissədə 3 qol vura bilərdik . Şansdan yararlanmaq lazım idi. İkinci yarıda isveçlilər bizi üstələdi. Türkiyə millisində yaş problemi mövcuddur. Heyətdə 21 yaşlı 3 futbolçu var. Oyunçularımızın əksəriyyəti öz klublarında çıxış etmir. Buna görə də oyun praktikası azdır. Məncə, onlara vaxt vermək lazımdır. Qalib gəlmək üçün buna ehtiyac var”.

Xatırladaq ki, Türkiyə millisi Millətlər Liqasında ev oyununda İsveçrəyə məğlub olub-0:1.







Millətlər liqası

 “O, futbolun ən yaxşılarından biridir”
  • Millətlər liqası
  • 23:43 19.11.2026
“O, futbolun ən yaxşılarından biridir”
“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb