- Millətlər liqası
- 19:51 26.11.2025
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasındakı qələbəyə görə komanda yoldaşlarına bahalı saatlar hədiyyə edib.
90deqiqe.Az-ın "SIC Noticias"a istinadən məlumatına görə, ulduz futbolçu lüks brendə müraciət edərək milli komandanın oyunçuları üçün xüsusi model saatların hazırlanmasını istəyib. Ronaldo hədiyyələri 16 noyabrda keçirilmiş Ermənistanla (9:1) dünya çempionatının seçmə oyunu öncəsi komanda üzvlərinə göndərib.
Kriştiano həmin unikal saatlardan birini yayda avtoqəza nəticəsində həlak olmuş keçmiş “Liverpul” futbolçusu Dioqu Jotanın ailəsinə də təqdim edib.
Şirkətin paylaşdığı fotolara əsasən, saat skelotonlaşdırılmış mexanizmə malikdir, üzərində Portuqaliya Futbol Federasiyasının emblemi və Millətlər Liqasının kuboku əks olunub. Arxa hissəsində isə “Millətlər Liqasının Çempionları — 2025” yazısı yer alır. Bu model cəmi 35 ədəd istehsal olunub.
2025-ci ilin iyun ayında Portuqaliya UEFA Millətlər Liqasını iki dəfə qazanan ilk komanda oldu.