27 oktyabr 2026. Çərşənbə axşamı

AFFA-dan Litva – Azərbaycan oyunu ilə bağlı azarkeşlərə müraciət


AFFA-dan Litva – Azərbaycan oyunu ilə bağlı azarkeşlərə müraciət

AFFA UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Litva – Azərbaycan qarşılaşmasında millimizi dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Milli assosiasiyadan 90deqiqe.Az-a bildirilib ki, qarşılaşmanı izləmək istəyən azarkeşlər üçün biletlər onlayn satışa çıxarılıb.

Azərbaycan tərəfdarları üçün 228 və 229-cu sektorlar ayrılıb. Həmin sektorlara biletlərin qiyməti 14 avro təşkil edir.

Qeyd edək ki, Litva – Azərbaycan matçı sentyabrın 27-də Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək