2 noyabr 2026. Bazar ertəsi

Yurgen Klopp Almaniya millisinin heyətini açıqladı


Yurgen Klopp Almaniya millisinin heyətini açıqladı

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Millətlər Liqasında keçiriləcək oyunlar üçün 44 futbolçuya dəvət göndərib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu qarşılaşmalar üçün iki ayrı heyət formalaşdırıb.

Dəvət alan futbolçulardan 11-i ilk dəfə Almaniya millisinin düşərgəsinə çağırılıb. Bunlar Feliks Kaydel (“Elversberq”), Finn Yelç (“Ştutqart”), Hennes Berens (“Auqsburq”), Maks Rozenfelder, Filip Troy, Derri Şerhant, Yannik Engelhardt (hamısı “Frayburq”), Bambase Konte (“Hoffenhaym”), Yunis Ebnutalib (“Ayntraxt Frankfurt”), Vitali Yanelt (“Brentford”) və Mika Baurdur (“Seltik”).

Kloppun siyahısında Mark-Andre ter Ştegenin də adı yer alıb. “Ayaks”ın qapıçısı 2026-cı il dünya çempionatını buraxdıqdan sonra yenidən milli komandaya dəvət alıb.

Yurgen Klopp bildirib ki, Manuel Noyerin milli komandadan ayrılmasından sonra ter Ştegen Almaniya yığmasının əsas qapıçısı olacaq.

Qeyd edək ki, Almaniya yığması qarşıdakı görüşlərdə Niderland, Yunanıstan və Serbiya milli komandaları ilə üz-üzə gələcək.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək