14 oktyabr 2026. Çərşənbə

Zidandan Kante ilə bağlı gözlənilməz qərar


Zidandan Kante ilə bağlı gözlənilməz qərar

Zinəddin Zidanın rəhbərliyi altında Fransa millisinin ilk heyətinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

90deqiqe.Az-ın “The Touchline"ya istinadən məlumatına görə, Zidan “Fənərbağça”nın yarımmüdafiəçisi Nqolo Kanteyə milli komandada yer verməyi düşünmür.

“Zidanın fikrincə, Kantenin Fransa millisindəki dönəmi başa çatıb”, - deyə nəşrin məlumatında bildirilib.

Qeyd edək ki, Kantenin 35 yaşı var. Yarımmüdafiəçi ötən yay Fransa millisinin heyətində dünya çempionatında iştirak etsə də, keçirdiyi 8 oyunun heç birində meydana çıxmayıb və bütün qarşılaşmaları ehtiyat oyunçular skamyasında keçirib.

Hazırda Kante karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirir.

Fransa millisi bu payız Millətlər Liqasında Türkiyə, Belçika və İtaliya ilə qarşılaşacaq.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı