19 sentyabr 2026. Şənbə

“Daha bir dünya çempionluğu istəyirəm”


“Daha bir dünya çempionluğu istəyirəm”

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin heyətində dünya çempionu olduğu gün daha bir dünya çempionluğu qazanmağı qarşısına məqsəd qoyduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki,  tanınmış jurnalist Fabritsio Romano futbolçunun dediklərini belə çatdırıb.

“Həmin gün dünya çempionu olduğum anda artıq daha bir dünya çempionluğu qazanmaq istəyirdim”

Yamal klub səviyyəsində də böyük hədəflər qoyduğunu açıqlayıb.

 O, “Barselona” ilə İspaniya çempionatında üç dəfə qalib gəldiyini və ən azı daha üç dəfə bu uğuru təkrarlamaq istədiyini söyləyib.

Qeyd edək ki,19 yaşında dünya çempionu olan Yamal bundan əvvəl İspaniya millisi ilə Avropa çempionatının qalibi də olub.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Lamin Yamal hazırda dünyanın ən bahalı futbolçusudur. Onun bazar dəyəri 220 milyon avro qiymətləndirilir.







Millətlər liqası

“Daha bir dünya çempionluğu istəyirəm”
  • Millətlər liqası
  • 22:58 18.09.2026
“Daha bir dünya çempionluğu istəyirəm”
Zidandan Kante ilə bağlı gözlənilməz qərar
  • Millətlər liqası
  • 23:22 17.09.2026
Zidandan Kante ilə bağlı gözlənilməz qərar