19 sentyabr 2026. Şənbə

Tuxel Koul Palmerin İngiltərə millisə qayıtmasının səbəbini açıqladı


Tuxel Koul Palmerin İngiltərə millisə qayıtmasının səbəbini açıqladı

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Çelsi”nin futbolçusu Koul Palmeri yenidən yığmaya dəvət etməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Palmer dünya çempionatını buraxdıqdan sonra İngiltərə millisinin heyətinə qayıdıb.

“Onun mövsümə yaxşı başlanğıcı olub. Koul yenidən əvvəlki qədər oyun vaxtı alır, yaxşı göstəriciləri, məhsuldar ötürmələri və vacib qolları var. Buna görə də heyətdədir”, - deyə Tuxel BBC-yə açıqlamasında bildirib.

Almaniyalı mütəxəssis Palmerin millidə özünü göstərməli olduğunu da vurğulayıb:

“Düşünürəm ki, onun sübut etməli olduğu məqamlar var. Koul milliyə gəldikdən sonra heyətdə yer qazanmaq, onu qorumaq və dəvətini doğrultmaq üçün özünü göstərməlidir”.

Qeyd edək ki, Palmer sonuncu dəfə mart ayında Yaponiya ilə yoldaşlıq görüşündə İngiltərə millisinin formasını geyinib. 24 yaşlı futbolçu bu mövsüm 6 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.







Millətlər liqası

“Daha bir dünya çempionluğu istəyirəm”
  • Millətlər liqası
  • 22:58 18.09.2026
“Daha bir dünya çempionluğu istəyirəm”
Zidandan Kante ilə bağlı gözlənilməz qərar
  • Millətlər liqası
  • 23:22 17.09.2026
Zidandan Kante ilə bağlı gözlənilməz qərar