15 oktyabr 2026. Cümə axşamı

Zidan Mbappenin Fransa millisindəki gələcəyi ilə bağlı qərarını açıqladı


Zidan Mbappenin Fransa millisindəki gələcəyi ilə bağlı qərarını açıqladı

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin yığmanın kapitanı olaraq qalacağını təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı mütəxəssis Mbappenin kapitanlığının şübhə doğurmadığını bildirib.

“Bəli, Kilian Mbappe mənim komandamda kapitan olacaq. Bu, açıq-aydındır. Digər kapitanlarla bağlı isə çox keçmədən məlumatınız olacaq”, - deyə Zidan bildirib.

Baş məşqçi “Qızıl top” uğrunda müzakirələrə də münasibət bildirib:

““Qızıl top”la bağlı müzakirələr həmişə olacaq. Mən bu mübahisələrə qoşulmayacağam. Çünki hər gün müzakirələr gedir və hər kəs istədiyini deməkdə sərbəstdir.

“Qızıl top”un sahibi olmağın nə demək olduğunu bilirəm. Hər futbolçunun bir gün bu mükafatı qazanmaq arzusu var. Bəzən mübahisələr yaranır. Amma hamımız bir araya gələndə heç bir müzakirə olmayacaq. Bu barədə danışmayacağıq. Komandanın daxilində problem olmayacaq, yalnız bir məqsədimiz olacaq – dörd oyun keçirmək”.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı