- Millətlər liqası
- 00:28 19.09.2026
Nigeriya Futbol Federasiyası “Qalatasaray”ın hücumçu Viktor Osimhenin qarşıdakı milli fasilə zamanı yığmaya çağırılmaması ilə bağlı rəsmi müraciətini rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.
Osimhen zədə səbəbindən artıq iki həftədir meydana çıxmır. “Qalatasaray” hesab edirdi ki, milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı tam istirahət edən futbolçu zədəsini sağaldaraq sıraya qayıda bilər.
Nigeriyalı hücumçu Türkiyə çempionatının 4-cü turunda “Başakşehir”ə qarşı keçirilən və “Qalatasaray”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matçın 33-cü dəqiqəsində zədələnib. Tibbi müayinədən sonra onun sağ bud nahiyəsində əzələ zədəsi və ağrı aşkarlanıb.
Qeyd edək ki, Nigeriya millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskar və Qvineya-Bisau ilə iki qarşılaşma keçirəcək.