21 sentyabr 2026. Bazar ertəsi

Mançini azarkeşlərin narazılığına münasibət bildirdi


Mançini azarkeşlərin narazılığına münasibət bildirdi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini milli komandadan əvvəlki gedişindən sonra azarkeşlərin narazılığını başa düşdüyünü bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "ESPN" çalışdırıcının dediklərini belə çatdırıb.

 “Qazanılan kuboka görə özümü heç kimə borclu hiss etmirəm. Çünki bu, artıq keçmişdə qalıb və hazırda heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, azarkeş özünü aldadılmış hiss edirsə, narazı qalmağa haqqı var və bunu qəbul etmək lazımdır. Onların rəğbətini yenidən qazanmaq üçün işimizi yaxşı görməli və millini layiq olduğu yerə qaytarmalıyıq”, – deyə Mançini bildirib.

 Qeyd edək ki,mütəxəssis iyul ayında yenidən İtaliya millisinin baş məşqçisi təyin olunub və qayıdışından sonra ilk oyunlara hazırlaşır.

Mançini 2021-ci ildə İtaliya millisinin Avropa çempionu olmasına rəhbərlik edib. Lakin 2023-cü ilin avqustunda vəzifəsindən ayrılıb. İki həftə sonra Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub.

Hazırda Mançinini Millətlər Liqasında 4 oyun gözləyir. İtaliya sentyabrın 25-də evdə Belçika, sentyabrın 28-də Türkiyə, oktyabrın 2-də Fransa, oktyabrın 5-də isə yenidən Türkiyə ilə qarşılaşacaq.







Millətlər liqası

“Daha bir dünya çempionluğu istəyirəm”
  • Millətlər liqası
  • 22:58 18.09.2026
“Daha bir dünya çempionluğu istəyirəm”
Zidandan Kante ilə bağlı gözlənilməz qərar
  • Millətlər liqası
  • 23:22 17.09.2026
Zidandan Kante ilə bağlı gözlənilməz qərar