- Millətlər liqası
- 23:49 21.09.2026
İsveçrə millisinin futbolçusu Qranit Caka milli komandanın qarşıdakı oyunlarında iştirak etməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu qərar futbolçunun COVID-19 vaksinasiyası ilə bağlı saxta sertifikat əldə etməsi barədə açıqlamasından sonra Caka ilə İsveçrə Futbol İttifaqının (SFV) rəhbərliyi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib.
İsveçrə Futbol İttifaqının prezidenti Peter Knebeli qərarla bağlı fikirlərini bölüşüb:
“Qranitin belə bir addım ataraq məsuliyyəti öz üzərinə götürməsi qərarını alqışlayırıq. Eyni zamanda, komandamız üçün toplanışın onsuz keçirilməsinin daha məqsədəuyğun olduğu qənaətinə gəldik. Hazırda bizim üçün əsas məsələ vəziyyəti sakitləşdirmək, diqqəti tamamilə komandaya və Millətlər Liqasında qarşıdakı oyunlara yönəltməkdir”.
Qeyd edək ki, Caka daha əvvəl COVID-19 pandemiyası zamanı saxta vaksinasiya təsdiqi əldə etdiyini etiraf edib. Futbolçu bunun səhv olduğunu bildirib və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.