22 sentyabr 2026. Çərşənbə axşamı

“Arsenal”ın futbolçusu Niderland millisinin məşqini buraxdı


“Arsenal”ın futbolçusu Niderland millisinin məşqini buraxdı

“Arsenal”ın müdafiəçisi Yurien Timber Niderland millisinin beynəlxalq fasilə çərçivəsində keçirdiyi qrup məşqində iştirak etməyib.

90deqiqe.Az-ın “Voetbal International"a istinadən məlumatına görə, zədədən sonra bərpa prosesini davam etdirən futbolçu fərdi proqram üzrə çalışır.

“Arsenal” klubu Timberin fiziki vəziyyətinə nəzarət etmək üçün Niderland millisinin məşqçilər korpusu ilə birbaşa əlaqə saxlayıb. Tərəflər müdafiəçi üçün xüsusi məşq proqramı hazırlayıblar.

Timber İngiltərə Liqa Kubokunda “İpsviç”ə qarşı keçirilən oyunu buraxıb. O, İngiltərə Premyer Liqasının son turunda “Brayton”la matçda isə təxminən 60 dəqiqə meydanda olub.

Müdafiəçinin Niderland millisinin növbəti oyunda Almaniyaya qarşı meydana çıxmayacağı gözlənilir.







Millətlər liqası