22 sentyabr 2026. Çərşənbə axşamı

“Mançester Yunayted”in futbolçusu zədələndi


“Mançester Yunayted”in futbolçusu zədələndi

“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşko zədəsi ilə bağlı açıqlama verib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Sloveniya millisinin üzvü topuq nahiyəsindəki zədəsini yenidən alıb. Bu səbəbdən futbolçu Şotlandiya, Şimali Makedoniya və İsveçrəyə qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.

“Milli komandanın növbəti oyunlarında iştirak edə bilməyəcəyim üçün çox təəssüf edirəm. Hazırda ən vacib məsələ tam bərpa prosesinə fokuslanmaqdır. Meydana mümkün qədər tez qayıtmaq və yenidən həm milliyə, həm də kluba kömək etmək üçün artıq çalışıram”, – Şeşko sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm “Mançester Yunayted”in heyətində 6 oyunda meydana çıxıb və 2 qol vurub.







Millətlər liqası