14 oktyabr 2026. Çərşənbə

Zidan Fransa millisinin dörd kapitanını müəyyənləşdirdi


Zidan Fransa millisinin dörd kapitanını müəyyənləşdirdi

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandada kapitanlıq edəcək dörd futbolçunu müəyyənləşdirib.

90deqiqe.Az-ın “RMC Sport"a istinadən məlumatına görə, “üçrənglilər”in kapitanlar qrupu Kilian Mbappe, Usman Dembele, Adrien Rabyo və Jül Kunde olacaq.

Bildirilir ki, Zidanın seçimində futbolçuların Fransa millisində keçirdiyi oyunların sayı, eləcə də soyunub-geyinmə otağındakı liderlik xüsusiyyətləri əsas meyar olub.

Fransa millisi hazırkı toplanış çərçivəsində dörd oyun keçirəcək. Zinəddin Zidanın komandası sentyabrın 25-də Türkiyə, sentyabrın 28-də Belçika, oktyabrın 2-də İtaliya, oktyabrın 5-də isə yenidən Belçika ilə qarşılaşacaq.

Sentyabrda keçiriləcək görüşlər səfərdə, oktyabr oyunları isə Fransada baş tutacaq.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı