15 oktyabr 2026. Cümə axşamı

Edeqor Ronaldoya heyranlığını açıqladı


Edeqor Ronaldoya heyranlığını açıqladı

Norveç millisinin kapitanı Martin Edeqor UEFA Millətlər Liqasının qarşıdakı oyununda Portuqaliyaya qarşı meydana çıxacaq Kriştiano Ronaldo ilə bağlı fikirlərini bölüşüb.

 90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu Ronaldonun karyerasını yüksək qiymətləndirib:

“Onun karyerası barədə nə düşünürəm? Düşünürəm ki, hamı bunun inanılmaz karyera olduğu ilə razılaşar. Mən ondan çox şey öyrənmişəm”.

Qeyd edək ki, Edeqor daha əvvəl “Real Madrid”də çıxış etdiyi dövrdə Ronaldo ilə komanda yoldaşı olub. Norveçli futbolçu Madrid klubunda debütünü məhz portuqaliyalı hücumçunu əvəzləyərək edib. “Arsenal”ın yarımmüdafiəçisi indi Ronaldo ilə bu dəfə milli komandalar səviyyəsində qarşılaşmağa hazırlaşır.

Əlavə edək ki, Norveç – Portuqaliya oyunu sentyabrın 27-də keçiriləcək. Bu görüşdən əvvəl Norveç millisi sentyabrın 24-də Danimarka ilə qarşılaşacaq.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı