6 oktyabr 2026. Çərşənbə axşamı

Kriştiano Ronaldo 1000-ci qol hədəfi barədə danışdı


Kriştiano Ronaldo 1000-ci qol hədəfi barədə danışdı

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasında 1000-ci qola çatmaq hədəfindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı ulduz 1000 qola çatmaq istədiyini təsdiqləsə də, bu hədəfi özünə təzyiq vasitəsinə çevirmədiyini bildirib:

“Artıq bu göstəriciyə çatmaq istədiyimi demişəm və buna nail olacağam. Amma bu, mənim üçün vəsvəsə deyil. Bu barədə düşünmürəm, çünki o zaman heç nə alınmaya bilər. Mən hər günümün, hər anımın dadını çıxarıram. İndi yeni baş məşqçi ilə Millətlər Liqasına başlayırıq. Ümid edirəm ki, hər şey ən yaxşı şəkildə alınacaq və mən də bundan zövq ala biləcəyəm”.

Qeyd edək ki, 41 yaşlı futbolçunun hesabında hazırda 979 qol var. Ronaldo qarşısına qoyduğu hədəfə çatmaq üçün daha 21 dəfə fərqlənməlidir.

Portuqaliya millisi hazırda Uelslə keçirəcəyi ev oyununa hazırlaşır. Qarşılaşma sentyabrın 24-də baş tutacaq.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi