- Millətlər liqası
- 22:02 23.09.2026
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 41 yaşında milli komandaya çağırılması və gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu Portuqaliya millisində oynamağa davam etməsinin səbəbini komandasına faydalı olduğuna inanması ilə izah edib.
“Milli komandaya ona görə gəlirəm ki, klubuma fayda verdiyimi düşünürəm. Baş məşqçi oynayıb-oynamayacağıma, oyun zamanı əvəzlənib-əvəzlənməyəcəyimə qərar verəcək. Portuqaliyanı təmsil etmək qüruru hər bir futbolçu üçün hər şeydən önəmlidir.
Heç kim milli komandada məndən çox oyun keçirməyib. Mən kapitanam və komandaya kömək edə bilərəm. Məhz bunu etməyə davam edəcəyəm.
Əgər baş məşqçi mənə güvənmirsə, elə bu gün gedə bilərəm. Vaxtı çatanda onunla ilk danışan mən olacağam. Burada heç nəyə lazım olmadığımı, qol vurmadığımı və ya komandada pis ab-hava yaratdığımı hiss etsəm, əşyalarımı toplayıb gedəcəyəm. Mənə ehtiyac olmadığını hiss etdiyim gün bununla bağlı heç bir problem olmayacaq. Hazırda isə komandaya kömək etmək istəyirəm. Başqa heç bir marağım yoxdur”.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasında növbəti oyununu cümə axşamı Uelsə qarşı keçirəcək.