- Millətlər liqası
- 23:45 23.09.2026
“Espanyol”un hücumçusu Roberto Fernandes karyerasında ilk dəfə İspaniya millisinə dəvət alıb.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu millinin baş məşqçisi Luis de la Fuente ilə ilk söhbəti barədə danışıb.
“O, məndən sadəcə özüm olmağımı istədi. Mövsümün əvvəlindən etdiklərimi davam etdirməliyəm. Baş verənlərdən zövq almağımı və öyrənməyimi söylədi. Komandada möhtəşəm ab-hava var”, – deyə Fernandes mətbuat konfransında bildirib.
Futbolçu “Espanyol”da çıxış etməyin onun üçün böyük şərəf olduğunu da qeyd edib:
““Espanyol” kimi bir klubu təmsil etmək mənim üçün böyük şərəfdir. Klub “Braqa”da keçirdiyim çətin dövrdən sonra mənə lazım olan özünəinamı qaytardı. Milliyə dəvət almaq məqsədlərimdən biri idi”.
Roberto Fernandes bu mövsüm La Liqada keçirdiyi 7 oyunda 6 qola imza atıb.
Qeyd edək ki, İspaniya Millətlər Liqasının növbəti oyununda sentyabrın 26-da Londonda “Uembli” stadionunda İngiltərə ilə qarşılaşacaq. İspaniya millisi sentyabrın 29-da isə Sevilyada Xorvatiyanı qəbul edəcək.