15 oktyabr 2026. Cümə axşamı

“Neom”un futbolçusu İspaniyada qorxudulub


“Neom”un futbolçusu İspaniyada qorxudulub

Səudiyyə Ərəbistanının “Neom” klubunun müdafiəçisi Malanq Sarr İspaniyanın Marbella şəhərində mövsümöncəsi təlim-məşq toplanışı zamanı qorxudulmağa cəhdlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “L’Équipe” məlumat yayıb.

Sarr iki komanda yoldaşı ilə birlikdə dəbdəbəli otelin restoranında nahar etdiyi vaxt əraziyə qara furqon yaxınlaşıb. Furqondan düşən bir qrup şəxsin futbolçunun transferi zamanı müəyyən komissiya almalı olan işəgötürənlərinin ödəniş tələb etdikləri bildirilir.

Hadisə 27 yaşlı futbolçunun “Lans”dan “Neom”a keçidindən qısa müddət sonra baş verib. İlkin məlumata görə, olay Sarrın menecerini dəyişməsi və ya son transferləri zamanı bəzi vasitəçilərin xidmətlərindən imtina etməsi ilə əlaqəli ola bilər.

Sarr hadisə ilə bağlı hələlik ictimaiyyətə açıqlama verməyib.

Qeyd edək ki, fransalı futbolçu daha əvvəl “Nitsa”, “Çelsi” və “Monako” klublarında da çıxış edib.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı