9 noyabr 2026. Bazar ertəsi

Almaniya millisinin retro formasına UEFA-dan qadağa


Almaniya millisinin retro formasına UEFA-dan qadağa

Almaniya millisi Millətlər Liqasında Niderlandla keçirəcəyi oyuna yeni formada çıxacaq.

90deqiqe.Az-ın məlumatına görə, komanda əvvəlcə 1990-cı il dünya çempionatının yaşıl rəngli retro formasından istifadə etməyi planlaşdırsa da, UEFA buna icazə verməyib.

“Bild”in məlumatına görə, buna səbəb Millətlər Liqasının reqlamentindəki tələblər olub. Belə ki, formanın qolları turnirin embleminin yerləşdirilməsi üçün boş qalmalı, futbolçunun nömrəsi isə sinə hissəsində də göstərilməlidir. Retro formada bu tələbləri yerinə yetirmək mümkün olmayıb.

Beləliklə, Almaniya millisi yeni qara formada debüt edəcək. Bu, komandanın “Adidas” tərəfindən hazırlanan son forması olacaq. Almaniya millisi yanvar ayından etibarən “Nike” formasından istifadə edəcək.

Qeyd edək ki, Niderland – Almaniya matçı sentyabrın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu görüş Yürgen Klopp üçün Almaniya millisinin baş məşqçisi kimi ilk oyun olacaq.







Millətlər liqası