- Millətlər liqası
- 23:36 24.09.2026
Millətlər Liqasında Norveç yığması Danimarka ilə qarşılaşır.
90deqiqe.Az-ın məlumatına görə, Skandinaviya təmsilçisinin hücumçusu Erlinq Holand matçın ikinci qolunu vuraraq hesabı 2:0 edib. Bununla da Holand bütün turnirlər nəzərə alınmaqla ardıcıl altıncı oyunda da qol vurub.
Norveçli hücumçu bundan əvvəl “Mançester Siti”nin heyətində keçirdiyi son beş matçın hamısında fərqlənib. O, “Kristal Pelas”la görüşdə dubl edib, “Koventri”nin qapısına bir, Çempionlar Liqasında “Portu”ya iki, həmçinin “Mançester Yunayted” və “Sanderlend”ə qarşı bir qol vurub.
Qeyd edək ki, Norveç – Danimarka matçının gedişini canlı mətn yayımında izləmək mümkündür. Paralel olaraq Portuqaliya – Uels və Almaniya – Niderland qarşılaşmaları da keçirilir.