- Millətlər liqası
- 23:36 24.09.2026
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Harri Keynin 2025/26 mövsümündəki çıxışından sonra “Qızıl top” mükafatına layiq olduğunu düşünür.
90deqiqe.Az-ın məlumatına görə, “ESPN” nəşri çalışdırıcının dediklərini belə çatdırıb.
“70-dən çox qol, “Bavariya” ilə üç titul, dünya çempionatı və Çempionlar Liqasının yarımfinalları. O, getdikcə daha da yaxşılaşır. Keyn fiziki cəhətdən güclənib. O, pressinqdə fəal iştirak edir və matçın bütün komponentlərində özünü göstərməyə çalışır – hücumların başlanğıcında, epizodların tamamlanmasında, topun irəlilədilməsində və müdafiədə. O, hər şeydə yaxşıdır”
Qeyd edək ki, ötən mövsüm Keyn “Bavariya” və İngiltərə millisinin heyətində ümumilikdə 73 qol vurub. O, Münhen klubunun heyətində Bundesliqa, Almaniya Kuboku və Almaniya Superkubokunu qazanıb. Hücumçu dünya çempionatında isə bürünc medal əldə edib.