9 noyabr 2026. Bazar ertəsi

Portuqaliya Uelsi məğlub etdi


Portuqaliya Uelsi məğlub etdi

UEFA Millətlər Liqasının A Liqasında I turun oyunları çərçivəsində Portuqaliya və Uels milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Lissabondakı “Joze Alvalade” stadionunda keçirilən qarşılaşmanı Donatas Rumşas idarə edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyanın qələbə qolunu 22-ci dəqiqədə Joao Feliks vurub.

Matçın 59-cu dəqiqəsində Kriştianu Ronaldo da fərqlənib. Lakin VAR yoxlamasından sonra hücumçunun ofsaydda olduğu müəyyənləşib və qol ləğv edilib. Bununla da 41 yaşlı forvard karyerasında 980-ci qolunu vurmaq şansını əldən verib.

Millətlər Liqasının II turunda Portuqaliya sentyabrın 27-də Norveçlə, Uels isə eyni gündə Danimarka ilə qarşılaşacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Komanda turnirin finalında İspaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçda penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib.







Millətlər liqası