9 noyabr 2026. Bazar ertəsi

Holandın dublu Norveçə Danimarka üzərində qələbə qazandırdı


Holandın dublu Norveçə Danimarka üzərində qələbə qazandırdı

UEFA Millətlər Liqasının A Liqasında I turun növbəti oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Norveç və Danimarka yığmaları Oslodakı “Ullevaal” stadionunda qarşılaşıblar. Almaniyalı Tobias Ştiler qarşılaşmanın baş hakimi olub.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 14-cü dəqiqədə Norveç millisinin futbolçusu Oskar Bobb açıb. Dörd dəqiqə sonra Erlinq Holand fərqi iki topa çatdırıb.

Danimarka 25-ci dəqiqədə Mikkel Damsqorun qolu ilə fərqi azaldıb. İkinci hissənin 50-ci dəqiqəsində Rasmus Höylund hesabı bərabərləşdirib.

Norveçin kapitanı Erlinq Holand 74-cü dəqiqədə ikinci dəfə fərqlənərək komandasına qələbə qazandıran qola imza atıb.

Görüşün 90+3-cü dəqiqəsində Norveç millisinin müdafiəçisi David Möller Volf qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Millətlər Liqasının II turunda Norveç sentyabrın 27-də doğma meydanda Portuqaliya ilə qarşılaşacaq. Həmin gün Danimarka da evdə Uels yığmasını qəbul edəcək.







Millətlər liqası