9 noyabr 2026. Bazar ertəsi

Kot-d'İvuar Qanaya qalib gəldi


Kot-d'İvuar Qanaya qalib gəldi

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot-d'İvuar və Qana yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Kot-d'İvuar millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə komandalar arasında bərabər mübarizə gedib. Lakin fasiləyə az qalmış meydan sahibləri hesabı açıblar. 44-cü dəqiqədə Malik Yalkuye Qananın qapısına yol taparaq komandasını önə keçirib.

İkinci hissədə Kot-d'İvuar daha fəal oyun nümayiş etdirib. 58-ci dəqiqədə təyin olunan penaltini Frank Kessie dəqiq yerinə yetirərək hesabı 2:0-a çatdırıb.

Qalan dəqiqələrdə Qana hesabı dəyişmək üçün cəhdlər göstərsə də, Kot-d'İvuarın müdafiəsini yarmaq mümkün olmayıb. Meydan sahibləri qarşılaşmanı qapılarını toxunulmaz saxlayaraq qələbə ilə başa vurublar.







Millətlər liqası