- Millətlər liqası
- 22:06 25.09.2026
İngiltərə millisinin kapitanı Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanmaq şansını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, “Bavariya”nın hücumçusu bildirib ki, hazırda nüfuzlu fərdi mükafata sahib olmaq üçün ən yaxşı imkanına malikdir:
“Hazırda mənim ən yaxşı şansım var. Ötən il həm fərdi, həm də komanda baxımından mənim üçün ən yaxşı il oldu. Bu mükafatı qazansaydım, çox qürur duyardım. Ötən il qürur duyduğum bir çox iş gördüm. İndi isə hər şey başqalarından və onların fikrindən asılıdır”.
Bununla yanaşı, Keyn hazırda diqqətini fərdi mükafata deyil, İngiltərə millisinin qarşıdakı oyununa yönəltdiyini vurğulayıb.
İngiltərə millisi sabah Millətlər Liqasında İspaniya ilə qarşılaşacaq.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.