- Millətlər liqası
- 22:15 25.09.2026
Braziliya millisi yoldaşlıq oyununda səfərdə Avstraliya ilə 1:1 hesablı heç-heçə edib.
90deqiqe.Az-ın məlumatına görə, Karli Ançelottinin baş məşqçisi olduğu “sambaçılar” 2026-cı il dünya çempionatının 1/8 finalında mübarizəni dayandırdıqdan sonra keçirdiyi yoldaşlıq oyunlarında da gözlənilən nəticələri əldə edə bilmir.
Avstraliyanın Kvinslend ştatının Taunsvil şəhərində yerləşən “Queensland Country Bank” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində qol olmayıb.
Ev sahibi komanda 68-ci dəqiqədə Nestori İrankundanın cərimə zərbəsindən vurduğu qolla hesabı açıb.
Braziliya isə məğlubiyyətdən 90+5-ci dəqiqədə xilas olub. Rafinyanın künc zərbəsindən sonra Rayan başla topu rəqib qapısından keçirərək komandasına heç-heçə qazandırıb.
Ançelottinin yetirmələri sentyabrın 29-da Avstraliya ilə daha bir yoldaşlıq oyunu keçirəcək. Braziliya millisi oktyabrın 3-də isə səfərdə Hindistanla qarşılaşacaq.