10 noyabr 2026. Çərşənbə axşamı

Fransa Türkiyəni məğlub etdi


Fransa Türkiyəni məğlub etdi

Millətlər Liqasının A Liqasında qrup mərhələsinin ilk turunda Türkiyə və Fransa yığmaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, İzmitdəki “Kocaeli” stadionunda keçirilən oyunu Almaniyadan olan Feliks Tsvayer idarə edib. Qarşılaşma Fransa millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 54-cü dəqiqədə Kilyan Mbappe tərəfindən vurulub. Hücumçu qol zamanı zədələndiyi üçün beş dəqiqə sonra əvəzlənib.

87-ci dəqiqədə Türkiyə millisinin qapıçısı Uğurcan Çakır qırmızı vərəqə alıb.

Qrup mərhələsinin ikinci turunda Türkiyə sentyabrın 28-də İtaliya ilə, Fransa isə həmin gün Belçika ilə qarşılaşacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya yığmasıdır. Portuqaliya finalda İspaniyanı əsas vaxtda 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib.







Millətlər liqası