10 noyabr 2026. Çərşənbə axşamı

İsveç Rumıniyaya qalib gəldi


İsveç Rumıniyaya qalib gəldi

Millətlər Liqasında İsveç və Rumıniya yığmaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, matç İsveç millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 20-ci dəqiqədə Aleksander İsak açıb. Hücumçu yaranmış fürsətdən yararlanaraq İsveçi hesabda önə keçirib.

Rumıniya 29-cu dəqiqədə Dennis Manın qolu ilə hesabı bərabərləşdirib.

İsveç fasiləyə üstün yollanıb. 43-cü dəqiqədə Viktor Dyökeres fərqlənərək komandasının ikinci qolunu vurub və yekun hesabı müəyyənləşdirib.

İkinci hissədə komandalar hesabı dəyişə bilməyib. İsveç minimal üstünlüyünü qoruyaraq Rumıniya üzərində qələbə qazanıb.







Millətlər liqası