10 noyabr 2026. Çərşənbə axşamı

Gürcüstan Şimali İrlandiyaya son dəqiqə qolu ilə uduzdu


Gürcüstan Şimali İrlandiyaya son dəqiqə qolu ilə uduzdu

Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Gürcüstan və Şimali İrlandiya yığmaları Tbilisidə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, uzun müddət hesab açılmayıb. Lakin qonaqlar 90+9-cu dəqiqədə Şi Çarlzın qolu ilə qələbə qazanıblar.

Gürcüstan millisinin lideri Xviça Kvaratsxeliya 65-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Beləliklə, Şimali İrlandiya ilk turdan sonra 3 xal toplayıb. Gürcüstan isə xalsız qalıb.

Qeyd edək ki, qrupda bu komandalarla yanaşı, Ukrayna və Macarıstan yığmaları da yer alır.







Millətlər liqası