26 sentyabr 2026. Şənbə

“Latsio”nun futbolçusu İslandiya millisinin oyununda zədələndi


“Latsio”nun futbolçusu İslandiya millisinin oyununda zədələndi

“Latsio”nun vingeri Albert Qudmundsson Millətlər Liqasında İslandiya millisinin Estoniya ilə oyununda zədələnib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Italy” məlumat yayıb.

29 yaşlı futbolçu uğursuz yıxılma nəticəsində xəsarət alıb. Qudmundsson 0:0 hesabı ilə davam edən qarşılaşmanın 30-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Onun əvəzinə İsak Torvaldsson oyuna daxil olub. Görüş isə 1:1 hesabı ilə başa çatıb.

İlkin məlumata görə, Qudmundssonun çiynində çıxıq ola bilər. Zədənin dəqiq xarakterinin müəyyənləşdirilməsi üçün əlavə müayinələrə ehtiyac var.

Qeyd edək ki, Qudmundsson transfer pəncərəsinin son günündə “Fiorentina”dan satınalma şərti ilə icarə əsasında “Latsio”ya keçib. O, Roma klubunun heyətində üç oyunda meydana çıxıb və hər dəfə sonradan oyuna daxil olub. Futbolçu “Latsio”dakı debüt matçında – sentyabrın 7-də “Udineze”yə qarşı görüşdə bir qol vurub.







Millətlər liqası

Sloveniya və Şotlandiya 1 xalla kifayətləndi
  • Millətlər liqası
  • 19:03 26.09.2026
Sloveniya və Şotlandiya 1 xalla kifayətləndi
Misir Anqola ilə heç-heçə etdi
  • Millətlər liqası
  • 01:02 26.09.2026
Misir Anqola ilə heç-heçə etdi