26 sentyabr 2026. Şənbə

Yurgen Klopp Almaniya millisində qapıçı dəyişikliyini açıqladı


Yurgen Klopp Almaniya millisində qapıçı dəyişikliyini açıqladı

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Millətlər Liqasında Yunanıstana qarşı keçiriləcək oyunda Aleksandr Nübeli əsas heyətdə meydana çıxaracağını təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə,baş məşqçi qapıçı dəyişikliyinin ter Ştegenin oyunu ilə bağlı olmadığını vurğulayıb.

“Aleks Nübel sabah oynayacaq. Eşitdim ki, Mark tənqid olunub və bu məni təəccübləndirdi. Məncə, o, möhtəşəm oyun keçirdi. Bəli, ötürmələr zamanı bir neçə dəfə səhvə yol verdi, amma mən onu buna görə heç bir şəkildə günahlandırmıram. Onun çıxışından çox razıyam. Qapıçı dəyişikliyinin Markın oyunu ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, qarşılaşma sentyabrın 27-də Auqsburqda keçiriləcək.Nübel sonuncu dəfə Almaniya millisinin rəsmi oyununda 2024-cü ilin noyabrında Millətlər Liqasında Macarıstana qarşı meydana çıxıb. O, 2026-cı ilin martında isə Qana ilə yoldaşlıq görüşündə iştirak edib.

Əlavə edək ki, Klopp hazırda Almaniya millisinin əsas qapıçısı kimi Mark-Andre ter Ştegeni hesab edir. Qapıçı Millətlər Liqasının ilk turunda Niderlanda qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda meydana çıxıb.

 







Millətlər liqası

Sloveniya və Şotlandiya 1 xalla kifayətləndi
  • Millətlər liqası
  • 19:03 26.09.2026
Sloveniya və Şotlandiya 1 xalla kifayətləndi
Misir Anqola ilə heç-heçə etdi
  • Millətlər liqası
  • 01:02 26.09.2026
Misir Anqola ilə heç-heçə etdi