11 noyabr 2026. Çərşənbə

Xorvatiya Çexiyanı məğlub etdi


Xorvatiya Çexiyanı məğlub etdi

Millətlər Liqasının qrup mərhələsində Xorvatiya və Çexiya yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Matçda hesab 47-ci dəqiqədə açılıb. Luka Modriç fərqlənərək Xorvatiyanı önə keçirib – 1:0.

Çexiya uzun müddət geridə olmayıb. 54-cü dəqiqədə Adam Karabets hesabı bərabərləşdirib – 1:1.

Xorvatiyanın qələbə qolunu isə 77-ci dəqiqədə Marko Paşaliç vurub.

Qarşılaşmanın qalan dəqiqələrində Çexiya hesabı yenidən bərabərləşdirə bilməyib və Xorvatiya meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.







Millətlər liqası