12 noyabr 2026. Cümə axşamı

İsveçrə Şimali Makedoniyanı darmadağın etdi


İsveçrə Şimali Makedoniyanı darmadağın etdi

Millətlər Liqasının qrup mərhələsində İsveçrə və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İsveçrənin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komanda 22-ci dəqiqədə hesabı açıb. Remo Freyler fərqlənərək İsveçrəni önə keçirib – 1:0.

İsveçrə ilk hissənin sonlarında üstünlüyünü artırıb. 41-ci dəqiqədə Zeki Amduni topu rəqib qapısından keçirərək hesabı 2:0-a çatdırıb.

İkinci hissədə də oyuna nəzarəti əlində saxlayan İsveçrə 74-cü dəqiqədə daha bir qol vurub. Amduni bu dəfə dəqiq zərbə ilə dublunu rəsmiləşdirərək görüşün yekun hesabını müəyyənləşdirib – 3:0.

Beləliklə, İsveçrə Millətlər Liqasında Şimali Makedoniya üzərində inamlı qələbə qazanıb.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq