12 noyabr 2026. Cümə axşamı

Albaniya Belarus üzərində qələbə qazandı


Albaniya Belarus üzərində qələbə qazandı

Millətlər Liqasının qrup mərhələsində Albaniya və Belarus yığmaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Albaniyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri 34-cü dəqiqədə hesabı açıb. Belarusun cərimə meydançasında qayda pozuntusundan sonra təyin olunan penaltini Kristian Aslani dəqiq yerinə yetirib – 1:0.

Belarus yığması hesabı bərabərləşdirmək üçün cəhd göstərsə də, ilk hissənin sonuna qədər istəyinə çata bilməyib. Əksinə, Albaniya əlavə vaxtda fərqi artırıb. 45+2-ci dəqiqədə Ernest Muçi fərqlənərək hesabı 2:0-a çatdırıb.

İkinci hissədə Belarus iki top fərqini aradan qaldırmağa çalışsa da, rəqib müdafiəsini yarmaq mümkün olmayıb.

Albaniya qalan dəqiqələrdə üstünlüyünü qoruyub və görüşü 2:0 hesablı qələbə ilə başa vurub.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq