- Millətlər liqası
- 10:11 27.09.2026
İngiltərə millisinin hücumçusu Entoni Qordon Millətlər Liqasının qrup mərhələsinin ilk turunda İspaniyaya 2:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “Uembli” stadionunda keçirilən qarşılaşmanı şərh edən Qordon komandalarının yol verdiyi səhvlərin baha başa gəldiyini bildirib.
“Həm azarkeşlər, həm də futbolçular üçün əla oyun oldu. Bəzi hücumlar ən yüksək səviyyədə idi. Belə matçlarda səhvlər baha başa gəlir. Həmişə elə görünür ki, oyunu rəqib qazanmır, biz özümüz uduzuruq. Amma bunu digər komanda haqqında da demək olar. Onlar da bizim qədər yaxşı idilər, biz də onlar qədər yaxşı idik. Sadəcə, yol verdiyimiz səhvlərə görə məyusam”, - deyə Qordon ITV-nin efirində bildirib.
Futbolçu Harri Keynin penaltidən yararlana bilməməsinə də münasibət bildirib:
“O, demək olar ki, heç vaxt penalti qaçırmır. Ona görə də bu dəfə onu bağışlayacağıq”.
İngiltərə millisi növbəti oyununu sentyabrın 29-da səfərdə Çexiyaya qarşı keçirəcək.