27 sentyabr 2026. Bazar günü

“Bu tarix heç vaxt unudulmayacaq”


“Bu tarix heç vaxt unudulmayacaq”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanol vəzifəsindən ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, yığmanın lideri, klub səviyyəsində PSJ-nin formasını geyinən Xviça Kvaratsxeliya Sanola sosial şəbəkə hesabında təşəkkür edib.

“Təşəkkür edirəm, Villi! Biz birlikdə çox şeydən keçdik, müxtəlif çətinliklərin öhdəsindən gəldik. Mən və komanda yoldaşlarım Avropa çempionatına vəsiqə qazanmaqla uşaqlıq arzumuzu gerçəkləşdirdik. Bunu səninlə birlikdə bacardıq və birlikdə bu unudulmaz tarixçənin bir hissəsinə çevrildik. Gürcüstan xalqı ilə birlikdə yaşadığımız sevinc və emosiyalar ömrümün sonuna qədər xüsusi xatirə olaraq qalacaq. Birlikdə keçirdiyimiz illərə görə sənə xüsusi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Gürcüstan Futbol Federasiyası şənbə günü fransalı mütəxəssislə yolların ayrıldığını açıqlayıb.

Villi Sanol 2021-ci ildən Gürcüstan millisinə rəhbərlik edirdi. Fransalı mütəxəssisin rəhbərliyi altında yığmanın ən böyük uğuru 2024-cü ildə ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması olub.







Millətlər liqası

Niderland Serbiyanı məğlub etdi
  • Millətlər liqası
  • 22:01 27.09.2026
Niderland Serbiyanı məğlub etdi
“Bu tarix heç vaxt unudulmayacaq”
  • Millətlər liqası
  • 21:41 27.09.2026
“Bu tarix heç vaxt unudulmayacaq”
“Səhvlərimizə görə məyusam”
  • Millətlər liqası
  • 10:11 27.09.2026
“Səhvlərimizə görə məyusam”
Slovakiya Moldovanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 27.09.2026
Slovakiya Moldovanı məğlub etdi
Albaniya Belarus üzərində qələbə qazandı
  • Millətlər liqası
  • 00:58 27.09.2026
Albaniya Belarus üzərində qələbə qazandı
İsveçrə Şimali Makedoniyanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:53 27.09.2026
İsveçrə Şimali Makedoniyanı darmadağın etdi
İspaniya İngiltərəni məğlub etdi
  • Millətlər liqası
  • 00:51 27.09.2026
İspaniya İngiltərəni məğlub etdi