12 noyabr 2026. Cümə axşamı

“İtaliya əvvəlki nəsillər qədər güclü deyil”


“İtaliya əvvəlki nəsillər qədər güclü deyil”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın hazırkı heyətinin əvvəlki nəsillərlə müqayisədə daha zəif olduğunu etiraf edib.

90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” 61 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb.

“Bizim Totti, Del Pyero və keçmişin digər böyük çempionlarının olduğu nəsil kimi güclü nəslimiz yoxdur”.

İtaliyalı mütəxəssis hazırkı komandanın məşqçilər korpusunun tələblərini daha yaxşı anlaması və onlara uyğunlaşması üçün vaxta ehtiyac duyduğunu vurğulayıb.

Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin ilk turunda İtaliya doğma meydanda 2026-cı il dünya çempionatının 1/4 finalçısı Belçikaya 0:2 hesabı ilə məğlub olub.

İtaliya tarixində ilk dəfə ardıcıl 3 dünya çempionatını buraxıb.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq