12 noyabr 2026. Cümə axşamı

Niderland Serbiyanı məğlub etdi


Niderland Serbiyanı məğlub etdi

Sentyabrın 27-də Millətlər Liqasının qrup mərhələsində Serbiya və Niderland milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Belqradda keçirilən qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Niderland 30-cu dəqiqədə hesabı açıb. Meks Merdink Serbiyanın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib.

Serbiya fasilədən dərhal sonra hesabı bərabərləşdirib. 46-cı dəqiqədə Luka Yoviç fərqlənərək tablodakı rəqəmləri 1:1 edib.

Niderland üstünlüyü yenidən ələ keçirmək üçün hücumlarını davam etdirib və 69-cu dəqiqədə istəyinə çatıb. Merdink bu dəfə dəqiq zərbə ilə fərqlənərək dublunu rəsmiləşdirib və komandasına 2:1 hesablı qələbə qazandırıb.

Beləliklə, Niderland səfərdən 3 xalla ayrılıb.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq